• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın investisiya reytinqi aşağı salındı

Azərbaycanın investisiya reytinqi aşağı salındı
29.01.2016 23:38
«Standard & Poor’s» (S&P) agentliyi Azərbaycanın kredit reytinqini aşağı salıb. Fins.az-ın «Bloomberg» agentliyinə istinadən məlumatına görə, «Standard & Poor’s»un qərarı ilə Azərbaycanın investisiya reytinqi indiyədək olan «BBB-»dən «BB+»a endirilib.
 


Agentliyinə məlumatına görə, keçmiş SSRİ-nin ərazisində 3-cü ən böyük neft ixrıcçısının kredit reytinqinin aşağa salınmasının səbəbi neftin kəskin ucuzlaşması olub. Nəticədə Azərbaycanın tarixində ilk dəfə olaraq kredt reytinqi «BBB-» səviyyəsindən «BB+»a endirilib.Reytinq üzrə proqnoz isə sabitdir.

Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib. "Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır"- deyə analitiklər xatırladır.

Bununla yanaşı, digər reytinq agentlikləri – «Fitch Ratings» və «Moody’s Investors Service» Azərbaycanın investisiya reytinqini aşağı səviyyədə olsa da sabit proqnozla saxlayırlar.

S&P agentliyi neftin ucuzlaşması fonunda 2016-2018-ci illərdə Azərbaycanın büdcə kəsirinin olacağını proqnozlaşdırır. "Bizim fikrimizcə, xarici risklər artır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2014-cü ilin ortalarındakı pik dövründən bəri indiyədək üçdə ikisini itirib»-deyə agentliyin bəyanatında bildirilir. 

Agentlik bildirir ki, 2015-ci ildə mantın təqribən 2 dəfə ucuzlaşması və dekabrda Mərkəzi Bankın manatın məzənnəsini tənzimləməsindən imtina etməsinin fonunda Azərbaycan kapitalın hərəkətinə məhdudiyyət qoyub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol