• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Bayramov: Benzinin qiymətinə yenidən baxılsın

Vüqar Bayramov: Benzinin qiymətinə yenidən baxılsın
01.02.2016 14:05
Neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb.

Avrozonaya daxil olan, demək olar, bütün dövlətlərdə yanacağın qiyməti aşağı düşüb. Neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkəmizdə benzinin qiyməti dəyişdirilməyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildiirb. 

CESD-in rəhbəri qeyd edir ki, inkidi halda yerli istehsal olan benzinin qiymətinin 30% ucuzlaşması mümkündür. 

"Manatın dəyər itirməsindən sonra benzinin qiymətinin azaldılması məsələsi yenidən aktuallaşıb. Ümumi tarazlıq modelindən istifadə etməklə benzinin qiymətinin neçə faiz azalmasını və iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərini müəyyənləşdirmək mümkündür. 

Dəyərləndirmələrimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Benzinin 1 litrini qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması digər sahələrdən qazanılan əlavə dəyərin artmasna imkan verəcək”.

V.Bayramov düşünür ki, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər:

"Əgər Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, benzinin ucuzlaşması mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, orada əsas xərc vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, şirkətdə bir barel nefti xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi bu qurumun gəlirlərinə təsir göstərməyəcək. Sadəcə olaraq, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər”.

İqtisadçı qeyd edib ki, benzinin ucuzlaşması ölkədə 1 milyon 200 mindən çox avtomobil istehsalçısının xərclərini azalda bilər:

"Bu, eyni zamanda imkan verəcək ki, yeni yaradılmış dəyər hesabına alternativ olaraq başqa sektorlardan vergi ödənişlərinin həcmini artırmaq mümkün olsun. Bu, vətəndaşların sosial vəziyyəti baxımından vacibdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var. Deməli, onların xərcləri azalacaq. Devalvasiyadan sonra ictimai nəqliyyatda xərclərin artımı baş verdiyində bu sektord da vəsaitlərə qənaət etmək mümkün olacaq. 
Çünki avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var. Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək. Aqrar sektora birmənalı şəkildə müsbət təsir göstərəcək. 

Çünki aqrar sektorda yanacaqdan çox istifadə edilir. Yanacağın ucuzlaşması həm fermerlər üçün yeni imkanlar yaradacaq, xərcləri azaldacaq, həm də istehsal olunan məhsulların qiyməti ucuzlaşacaq. Məhsullar ucuzlaşdığı üçün ixrac imkanları artacaq. Bu, həmçinin digər xidmət sahələrində də ucuzlaşmaya səbəb olacaq. Qiymətləndirmələrimiz onu göstərir ki, benzinin ucuzlaşması başqa sektorlara müsbət təsir edəcək, həmin sektorlardan vergi ödənişlərinin həcmi artacaq.

Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması avtomatik olaraq, benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri kompensasiya edir. Bütün bu iqtisadi əsaslandırmaları nəzərə alsaq, benzinin qiymətinə yenidən baxılması və aşağı salınmasını təklif edirəm”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol