• $
  • €
  • ₽
  • ₺
  • £

Baş bankir: Manatın yeni məzənnəsi aqrar sektorun inkişafına geniş imkanlar açır

Baş bankir: Manatın yeni məzənnəsi aqrar sektorun inkişafına geniş imkanlar açır
04.02.2016 20:15
Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40%-ni təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır. 

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Neftçala rayon ictimaiyyəti ilə görüşündə bildirib. 

Onun sözlərinə görə, həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaq.

Baş bankir onu da əlavə edib ki, ölkə prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya və süni qiymət artımları ilə bağlı ciddi mübarizə aparılır:

"Eyni zamanda, hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Ölkə Prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır.

Eyni zamanda əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunmuşdur. Ümumilikdə büdcə xərclərin azaldılmasına baxmayaq, əsas sosial xərclər yerində qalır”.

O, həmçinin qeyd edib ki, bank islahatları bank sisteminin resurs bazasını gücləndirəcək və iqtisadiyyatın kreditləşdirmə imkanlarını artıracaq:

"Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcək. Bank islahatları imkan verəcəkdir ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol