"S&P" SOCAR-ın reytinqini aşağı salıb, proqnoz "stabil"dir

Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB"-dək endirib.
"APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.
Reytinq üzrə proqnoz "stabil" olaraq qalır.
Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.
Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.
Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























