• $
  • €
  • ₽
  • ₺
  • £

“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbul başlanır

“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbul başlanır
05.02.2016 13:15
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə "Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbulun başlamasını elan edir.

AFFA, Bakcell şirkəti və İngiltərənin "Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi”nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətini davam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.

İlkin hazırlıq qrupunun 2003, 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır.

5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-də başlayacaq.

"Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə olmaqla Bayıl stadionunda İngiltərədən ezam olunnmuş Mick Bennet və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək.

Yerlər məhduddur.

İkinci qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədlərlə 15.02.16 tarixində, saat: 17:30-da "Bayıl Arena” stadionuna gəlmək lazımdır:

* Şəxsiyyəti təsdiq edən sənəd

* Sağlamlıq haqqında arayış

Qeydiyyatdan öncə aşağıdaki nömrəyə zəng edib ilkin qeydiyyatdan keçmək mütləqdir.

Qrupa yazılmaq istəyənlər üçün əlaqə vasitələri:

* +994 55 511 33 03 – Ramin Həsənov * [email protected]

"Mançester Yunayted Futbol Məktəbi” 2014-cü il sentyabrın 23-də yaranıb və oktyabrın 6-dan fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir.

Hazırda "Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol