Çinlilər Çikaqo fond birjasını aldı

"Chongqing Casin Enterprise Group” rəhbərliyindəki çinli bir investisiya qrupu 1882-ci ildə yaradılan Çikaqo fond birjasını (Chicago Stock Exchange) satın alıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Çikaqo fond birjası bəyanat yayıb.
Bəyanatda birjanın idarə heyətinin bu satışa səs çoxluğu ilə qərar verdiyi bildirilib. Həmçinin təhvil-təslim işlərinin cari ilin ikinci rübündə başa çatacağının gözlənildiyi qeyd edilib.
Bundan başqa bəyanatda bildirilib ki, birjanın sədri və direktorlar şurasının sədri Con Kerin və idarə heyətinin digər əməkdaşları birjadakı işlərinə davam edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























