• $
  • €
  • ₽
  • ₺
  • £

İranin ən böyük avtomobil zavodu Azərrbaycanda

İranin ən böyük avtomobil zavodu Azərrbaycanda
29.05.2020 01:46
 İranın ən böyük avtomobil istehsalı şirkəti olan "İran Khodro" (IKCO) Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır.
 
Bunu APA-nın İran müxbirinə açıqlamasında "İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib.
O, ümid etdiyini bildirib ki, İranın özəl şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələ tezliklə həllini tapacaq və əlaqələr güclənəcək.
 
"Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə "İran Khodro təmin etsin. "İran Khodro”nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq”. 
 
Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracaq sərmayələr haqqında danışan H. Y. Zare bildirib ki, Fransanın "Peugeot” şirkəti ilə müştərək şirkət təsis edəcəklər: "Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət "İran Khodro” üçün müstəqil zavoda çevriləcək”. 
 
Onun sözlərinə görə, "Peugeot” şirkəti ilə imzalanmış müqavilənin dəyəri 500 milyon avrodur: "Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq, gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq”.
 
H. Y. Zare deyib ki, tezliklə "Fiat” şirkəti ilə də müqavilə imzalamaq məqsədi ilə danışıqlara başlayacaqlar: ""Fiat" müqavilə imzalamağa hazır olduğunu bildirib”.
 
"İran Khodro” şirkətinin direktoru "Mercedes-Benz” şirkətinin də İran bazarında aktiv iştirak etməyə maraqlı olduğunu vurğulayıb.  
 
O əlavə edib ki, hazırda İranın "Saipa” şirkəti ilə "Renault” şirkəti arasında da danışıqlar gedir: "Bu şirkətlər arasında müqavilə imzalandıqdan sonra "Renault” ilə də əməkdaşlığımızı davam etdirəcəyik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol