Daha bir dövlət komitəsi 70 iş yeri təklif edir

"Komitədə 70 yeni iş yeri açılacaq. Bu işçilərin maaşları büdcədən ayrılmayacaq" - bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov deyib.
ANN.Az xəbər verir ki, bu gün komitədə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi üçün keyfiyyət infrastrukturu sahələrində aparılan islahatlara həsr olunmuş mətbuat konfransı keçirilib.
Aparat rəhbəri yeni iş yerlərinin harada açılacağından danışıb: "70 iş yerinin 40-ı regionda, 30-u mərkəzdə fəaliyyət göstərəcək. Bundan başqa komitəmizin yeni binası tikilib hazırlanır".
A.Əşrəfov yeni 70 işçinin əsasən metrologiya xidmətləri göstərəcəyini vurğulayıb və əlavə edib ki, yaxın günlərdə onlara sertifikatlar veriləcək: "Onlar dövlət büdcəsində maliyyələşmədən, öz-özlərini təsərüffat xidmətləri hesabına təmin edəcəklər. Yeni iş yerlərinin açılmasında əsas məqsədlərindən biri regionlarda təsərrüfat işlərini daha da inkişaf etdirməkdir".
Aparat rəhbəri bildirib ki, yeni yaradılan iş yerlərində regionlarda əmək haqqı 300 manat, mərkəzdə isə bir qədər artıq ola bilər.
O, qeyd edib ki, işlə bağlı tələblər yaxın günlərdə elan olunacaq elanlarda göstəririləcək: "Ancaq bu işdə çalışmaq istəyən insanlar mütəxəssislər olmalıdırlar. Onlar işə götürülərkən attestasiyadan keçiriləcəklər".
Komitənimiz yeni binası Bakının 205-ci məhəllə deyilən ərazisində tikilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























