• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın internet bankinqindən istifadə etmək üçün 5 səbəb

Unibankın internet bankinqindən istifadə etmək üçün 5 səbəb
11.02.2016 15:30
Bu gün minlərlə Unibank müştərisi bank filiallarına gəlmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar apara bilir. 

İnternet bankinq sistemi sayəsində müştərilər Unibank-ın məhsul və xidmətlərindən internet vasitəsilə tez, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər. Unibank müştəriləri öz mobil telefonlarından da internet-bank xidmətinə qoşula bilirlər. Bunun üçün müştəri ona sms-xəbər vasitəsilə göndərilən birdəfəlik paroldan istifadə edir. Bu, xidmətdən istifadə edən müştərilərin işini daha da asanlaşdırıb və xidməti daha təhlükəsiz edib. Unibank-ın internet bankinq xidmətinin təhlükəsizliyi ən yüksək həddədir. Bu o deməkdir ki, bankın bu xidmətdən istifadə edən müştəriləri yüksək və təhlükəsiz internet bankinq xidməti ilə təmin olunublar. High-Tech Bridge və Qualys beynəlxalq şirkətləri apardıqları araşdırmalar və keçirdikləri təcrübələrin nəticəsində Unibank-ın ən təhlükəsinz internet bankinq xidmətinə malik olduğunu müəyyən ediblər. Bu araşdırmaların nəticəsi olaraq, adı çəkilən şirkətlər tərəfindən banka bu sahədə ən yüksək- A+ qiyməti verilib.

Niyə məhz Unibank-ın internet bankinq xidmətini seçməlisiniz?

Pulsuzdur

- Digər banklardan fərqli olaraq, Unibank-da internet- bankinq sifarişi pulsuzdur. Hesab qalığına nəinki baxmaq, həmçinin əməliyyatlar etmək də mümkündür. Əlavə olaraq hesab üzrə çıxarışa da baxmaq olur.

Köçürmə mümkündür

- Unibank-ın internet-bankinq xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini mümkün edir.

Məlumatlandırır

- Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.

Hamı üçündür

- Unibankın internet-bankinq xidmətindən pərakəndə müştərilərlə yanaşı, korporativ müştərilər də istifadə edə bilirlər.

Təhlükəsizdir

- Unibankın internet-bankinq xidmətinə həm sertifikatla, həm də birdəfəlik parollarla daxil olmaq mümkündür ki, bu da sistemi tam təhlükəsiz edir. Birdəfəlik parol isə yalnız hesab sahibinin mobil telefon nömrəsinə göndərilə bilər.

İnternet –bankinq sistemindən faydalanmaq üçün ən yaxın Unibank filialına yaxınlaşın və pulsuz olaraq bu imkanı əldə edin. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol