• $
  • €
  • ₽
  • ₺
  • £

PA: 30-dək tikinti şirkətinin fəaliyyətindəki nöqsanlar araşdırılır - SİYAHI

PA: 30-dək tikinti şirkətinin fəaliyyətindəki nöqsanlar araşdırılır - SİYAHI
12.02.2016 10:25
"Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir”.

"Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir”adlı təhlili məqaləsində bildirib.

S.İsmayılov qeyd edib ki, bu mövzuda kollektiv şikayətlər daha çox olub: "Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılıb.

Vətəndaşlar "Yeni Yasamal”, "Badu-Kubə”, "Şərur”, "Əzizbəy-KM”, "Xəmsə”, "Birlik”, "AAF-İnşaat”, "İN Eksklüziv Servis”, "Safari-N”, "ANT-E”, "Meqa Siti Holdinq”, "Ulduz-S”, "İlin dörd fəsli”, "Fuad”, "Feba”, "Bərəkət-İnşaat”, "Araz T.İ.”, "Dərəçiçək”, "Turac AF”, "Olimp”, "Zirvə”, "Olimpus-Az”, "Cavad”, "Bulaq-2”, "Rahatlığın Məkanı”, "İ.N.V.”, "Folklor”, "Rahat”, "RT LTD”, "Azər ATF”, "Avanqard” kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildiriblər. Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən "Həsən-96”, "Azər-Ross İK”, "Sahil-D”, "Şaiq”, "Ələsgəroğlu-K”, "Şahbulaq”, "Afşaran”, "Oskar”, "Şəfəq”, "Kosmos”, "Elita-R”, "Vedi-E”, "Kamran-B.Ə.”, "Qafqaz MTZ”, "Real”, "Sahil”, "RUH”, "196 saylı”, "200 saylı”, "Ayla”, "Hasil”, "Dağlar”, "RRR” MTK-lar, "Oskar-Qrup”, "Muray”, "Repair House” MMC-lər, "Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılır. Şirkətlərin bəziləri sayğacların quraşdırılması üçün sakinlərdən pul yığaraq mənimsəyiblər”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol