• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR Turkey Energy”nin rəhbərindən 80 min manat oğurladılar

“SOCAR Turkey Energy”nin rəhbərindən 80 min manat oğurladılar
12.02.2016 10:33
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti "SOCAR Turkey Energy”nin baş icraçı direktoru Kənan Yavuzun kredit kartından pul oğurlanıb.

Oxu.Az Türkiyənin "Vətən” qəzetinə istinadən xəbər verir ki, ticarət mərkəzlərindən birində kredit kartı ilə bağlı problem yaşayan K. Yavuz bankla əlaqə saxlayıb.

Bankın nümayəndəsi şirkət rəhbərinə "kartınız itdiyi üçün onu bağlatdırmısınız, yeni kredit kartını sizin ünvanınıza göndərmişik”, - deyib.

Cavabında heç bir banka müraciət etmədiyini deyən K. Yavuz kredit kartını bağlatdırıb. Aparılan araşdırma nəticəsində iş adamının bağlatdırdığı kartdan 150 min türk lirəsi (təxminən 80 min manat) pulun çıxarıldığı aydınlaşıb.

Məlum olub ki, şəxsiyyəti naməlum olan şəxs K. Yavuzun şəxsi məlumatları ilə bankın nümayəndəliyinə müraciət edərək, özünü iş adamı kimi təqdim edib, kredit kartını itirdiyini və yenisini istədiyini deyib.

O, bankda kartın göndərilməsi üçün yeni bir ünvan və yeni bir telefon nömrəsi verib, kart üzrə limiti də yüksəltməyi istəyib.

Aparılan araşdırmalar nəticəsində kredit kartını alan şəxsin S.A. olduğu məlum olub. O, əldə olunan məlumatlarla əlaqədar həbs edilib.

Özünü iş adamı Kənan Yavuz kimi təqdim edərək kredit kartı alan şübhəli şəxsin müəyyənləşdirilməsi üçün təhqiqat başlayıb. Saxlanılan S.A.-nın dindirilməsindən sonra daha 2 nəfər şübhəli şəxs müəyyənləşdirilib. Hazırda onların saxlanılması istiqamətində iş aparılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol