• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın korporativ müştərilərinin sayı artıb

Unibankın korporativ müştərilərinin sayı artıb
12.02.2016 15:51
Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq Unibank-a müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. 

Maliyyə sektorunda baş verən proseslər iş adamlarını özlərinə daha dayanıqlı tərəfdaş seçməyə vadar edir. Bunun nəticəsidir ki, təkcə son 2 ayda bankın iri korporativ müştərilərinin sayı 260 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə isə 2015-ci il ərzində Unibank-a qoyulan hüquqi şəxslərin tələbli depozitləri 39% çoxalıb.

Pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən Unibank, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. Unibank-da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq. Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün istisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən biri də beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” , "Yasamal”, "8 saylı” filialları və "Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol