• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"

"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
29.05.2020 12:33
Bakı-Tbilisi-Qars dəmir yolu reallaşdırılmağa başlayandan sonra Qərb dövlətlərinin, o cümlədən İpək Yolunun üzərində yerləşən Çin də daxil olmaqla Asiya dövlətlərinin diqqətini cəlb edib.
 
Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım deyib.

Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi sayəsində Asiya ilə Avropa arasında ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizi yalnız Türkiyə ərazisindən deyil, o cümlədən Azərbaycanın və Gürcüstanın ərazisindən keçəcək.

B.Yıldırım vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu "Mərmərə” layihəsi (Türkiyə) ilə birləşdirildikdən sonra daha böyük əhəmiyyətə malik olacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirəcək.

"Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir və bu dəmir yolu ilə yüklərin daşınmasına 2017-ci ildə başlanılması gözlənilir”.

Nazirin sözlərin görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə, Azərbaycan və Gürcüstan arasında qonşuluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və bu ölkələrdə istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan verəcək: "Bütün bunları nəzərə alsaq, BTQ Türkiyə üçün sadəcə bir dəmir yolu kimi deyil, o cümlədən iqtisadi və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb edir”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol