• $
  • €
  • ₽
  • ₺
  • £

"WTI nefti 40 dollara kimi bahalaşacaq"

"WTI nefti 40 dollara kimi bahalaşacaq"
15.02.2016 19:16
Qlobal xammal bazarlarında WTI (Texas) markalı neftin qiyməti 30 dollar/barel həddini keçib.

 Bu gün 0,6 dollar və ya 2% bahalaşan Texas nefti hazırda 30 dollardan artıq qiymətlə satılır. Ən son fevralın 9-da 30 dollar/barelə satılan WTI nefti daha sonra fevralın 11-də minimal səviyyə - 26,05 dollar/barelə kimi geriləyib.

"Report" xəbər verir ki, neftin qiymətinin bahalaşmasına əsas səbəb kimi OPEC ölkələrinin hasilatı azalda biləcəyi ilə bağlı ehtimallar göstərilir. Qeyd edək ki, fevralın 11-də BƏƏ-nin energetika naziri OPEC üzvlərinin hasilatı azaltmaq planları barədə danışıb. Venesuelanın neft naziri isə öz növbəsində OPEC üzvü olan və olmayan neft ölkələrinə hasilatı bu səviyyədə dondurmağı təklif edib. 

Almaniyanın "Landesbank Baden-Wuerttenberg" bankının analitiki Frank Klamp (Frank Klumpp) qeyd edib ki, neft hasilatının azaldılacağını gözləyən bir çox treyder qısa mövqelərini bağlayır. 

Qeyd edək ki, neftin bahalaşmasına fevralın 12-də ABŞ-da aktiv neft-qaz buruqlarının 30 ədəd və ya 5,2% azalaraq 541-dək azalması amili də təsir göstərib.

"Report"un analitiklərinin fikrincə, bu neft markasının 40 dollar/barelə qədər bahalaşması gözlənilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol