• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR vitse-prezidentindən hüquq müdafiəçisinə məktub

SOCAR vitse-prezidentindən hüquq müdafiəçisinə məktub
17.02.2016 13:18
"Bu qadına heç kim siz yazdığınız sözləri söyləməyib, əksinə xanım səbrlə dinlənilib, onun bütün suallarına ətraflı cavab verilib".

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının "Günəşli” yatağında baş verən faciə zamanı həlak olan neftçi Tağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humayın ittihamlarını özündə əks etdirən  sorğusuna cavab olaraq məktub ünvanlayıb.

"Report"un məlumatına görə, məktubda deyilir:

"Hörmətli Mirvari xanım, salam. Əslində hadisə aşağıdakı kimi olub: Rəhmətlik Fuad Tağıyevin həyat yoldaşı Tağıyeva Humay SOCAR-ın Baş ofisinə gəlib, Baş ofisin üç şöbə müdiri birlikdə onu qəbul ediblər. Lakin xanım tələb edib ki, onunla rəhbərlik görüşsün. Onunla görüşmək üçün vitse prezidentlər Bədəl Bədəlov və Xalik Məmmədov qəbul otağına düşüb və xanımı qəbul ediblər. Bu qadına heç kim siz yazdığınız sözləri söyləməyib, əksinə xanım səbrlə dinlənilib, onun bütün suallarına ətraflı cavab verilib. Mənzil istəyib, təkrar-təkrar "SOCAR bizə heç bir kömək etmir” - deyəndə qəbulda iştirak edən məsul işçilər, rəhmətlik Fuadın ailəsi üçün verilən maddi yardımları sadalayıblar. Bu zaman Humay xanım etiraz edib, "siz yalan danışırsınız” deyərək bildirib ki, onlara o qədər pul verilməyib. Qəbulda olan məsul işçilər məlumat veriblər ki, qadın Fuad Tağıyevin ikinci arvadıdır. Fuad rəhmətliyin birinci arvadı və ondan bir uşağı da var. Fuad Tağıyev sonradan Humay xanımla nikaha girib və ondan da 2 uşağı var. Ona görə də verilən kömək və ödənilməli sığortanın məbləği bu ailələr arasında bölünməlidir. Lakin Humay xanım təkrarən deyib ki, "mənə o qədər pul verməyiblər, siz yalan danışırsınız”. O, deyilənlərlə razılaşmayanda ondan sadəcə soruşulub ki, "sən ərə gedəndə bilmirdin ki, Fuadın başqa ailəsi olub və övladı var?”. Məsələ belə olub və bununla bağlı qanunun tələbləri ona izah olunub".
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol