SOCAR itkin düşən və həlak olan neftçilərin ailə üzvlərini işlə təmin edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin göstərişi ilə itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən bir nəfər bilik və bacarıqları nəzərə alınmaqla işə qəbul olunacaq.
"Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib.
Onun sözlərinə görə, bununla yanaşı SOCAR həmin şəxslərin ailələrinə yardımlar verir.
A.Bəkirli, həmçinin qeyd edib ki, hazırda itkin düşən neftçilərin axtarışları SOCAR, FHN və Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























