• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hərbi xərclərini kəskin artırır

Azərbaycan hərbi xərclərini kəskin artırır
18.02.2016 15:00
Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırır.

ANN.Az "APA-Economics”-ə istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər layihəsində əksini tapıb.

Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub.

Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı.

Bu vəsaitin 1 mlrd. 723 mln. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması ilə bağlıdır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol