• $
  • €
  • ₽
  • ₺
  • £

ADIF: Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək

ADIF: Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək
24.02.2016 10:22
Hazırda hesabımızda 70 mln. manat vəsait var və pulumuz bitən kimi Azərbaycan Mərkəzi Bankından (AMB) borc alacağıq.

 Bunu "Report"a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

A. Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir:

"Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat pulumuz var. Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb və Fondun pulu bitdikdə biz borc alacağıq".

İcraçı direktor deyib ki, AMB-dən vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub və həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.

A. Cavadov qeyd edib ki, "Texnika Bank"ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək:

""Texnika Bank"da bizə təqdim edilən 123 166 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. "Bank of Azerbaijan"ın isə əmanətçilərinə ödəmələrin 95%-i bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir".

Qeyd edək ki, ADIF-in icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında "Texnika Bank"ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79,344 mln. manatlıq hissəsinin qaytarılacağını, digər 43,8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırıma aparıldığını açıqlamışdı.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol