• $
  • €
  • ₽
  • ₺
  • £

​ABŞ maye qaz ixracına başladı

​ABŞ maye qaz ixracına başladı
26.02.2016 11:20
ABŞ uzun müddətdən sonra yenidən maye qaz (LNG) ixracatına başlayıb. 

ABŞ-ın Hyuston şəhərində "İHS CERAWeek 2016" konfransında çıxış edən "Cheniere Energy" Marketinq departamentinin müdiri Meg Gentle bildirib ki, şirkətin ilk LNG ixracatı Luiziana ştatındakı maye qaz müəssisəsindən Braziliyaya yola düşüb.

 O, nəql edilən xammal üçün "qlobal qaz bazarını dəyişəcək gəmi" bənzətməsini qeyd edib və ABŞ-ın dünyada ən ucuz maya dəyəri ilə LNG istehsalını həyata keçirdiyini vurğulayıb. M.Gentle 2020-ci ilə qədər ABŞ-ın dünyanın ilk 3 ixracatçı ölkəsindən biri olacağını söyləyib.

ABŞ-ın energetika naziri Ernest Moniz konfransdakı çıxışında "Cheniere Energy"nin fəaliyyətinin önəmli bir dönüş günü olduğunu bildirib. O, şist qaz hasilatının qlobal qaz bazarındakı vəziyyəti dəyişdirəcəyinə inandığını deyib. ABŞ-ın şist qaz hasilatını inkişaf etdirməsiylə xaricdən bu seqmentdə asılılığını azaltdığını qeyd edən nazir artıq ölkəsinin idxaldan azad olduğunu sözlərinə əlavə edib.

E.Moniz "Anadolu" agenliyinin Avropanın enerji və qaz təhlükəsizliyi haqqında sualını belə cavablandırıb: "ABŞ hökuməti olaraq LNG ixrac edən özəl şirkətlərin işinə qarışa bilmərik. Amma Cənub Qaz Dəhlizi və Şərqi Aralıq dənizindən gələn təbii qaz mənbələrini dəstəkləyirik. Bunların sayəsində Avropanın qaz mənbələri çeşidlənəcək. ABŞ qazı da bu prosesdə öz rolunu oynayacaq".

ABŞ Enerji İnformasiyaları Agentliyinin hesabatına görə, ABŞ-ın məcmu qaz hasilatı 2007-ci ildəki 546 mlrd. kubmetrdən 33% artaraq 2014-cü ildə 727 mlrd. kubmetrə yüksəlib. Maraqlısı budur ki, bu dövrdə şist qaz hasilatı 36 mlrd. kubmetrdən 10 dəfədən də çox artaraq 380 mlrd. kubmetrə çatıb. ABŞ-da 2014-cü ildə hasil olunan qazın 48%-ni şist qaz təşkil edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol