• $
  • €
  • ₽
  • ₺
  • £

"Apple" hökumətin sındıra bilməyəcəyi sistem hazırlayır

"Apple" hökumətin sındıra bilməyəcəyi sistem hazırlayır
29.05.2020 09:00
ABŞ hökuməti ilə "Apple" şirkəti arasında mübahisə böyüyür

"New York Times" qəzeti xəbər verir ki, "Apple" şirkətinin mütəxəssisləri iPhone smartfonları üçün ABŞ hökumətinin əlində olan mövcud üsullarla sındıra bilməyəcəyi müdafiə sistemi işləyib hazırlayırlar.

Qəzet yazır ki, bu işin nəticəsi böyük ehtimalla uğurlu olacaq. Əgər belə olarsa, şirkət hüquq-mühafizə orqanları üçün ciddi texniki çətinliklər yaratmış olacaq.

Obama administrasiyası hətta iPhone telefonlarına çıxış əldə etməklə bağlı mübahisədə qalib gəlsə belə, bu iş xeyli çətin olacaq. "O halda Federal Təhqiqat Bürosu "Apple"ın müdafiəsini neytrallaşdırmaq üçün başqa yol axtarmalı olacaq ki, bu da şirkət tərəfindən yeni məhkəmə çəkişmələrinə və texniki təkmilləşdirmələrə yol açacaq," - deyə qəzet bildirir.

Keçən həftə Kaliforniyada məhkəmə "Apple"dan bir iPhone smartfonunda saxlanan məlumata çıxış imkanı verən xüsusi proqram təminatını FTB-yə verməyi tələb edib. Smartfon Said Faruk adlı terrorçuya məxsusdur. Bu şəxs San Bernardinoda əlillər mərkəzinə hücumun iştirakçısı olub və zərərsizləşdirilib. Dekabrın 2-də baş vermiş bu hücum nəticəsində 14 nəfər həyatını itirib, 21 nəfərsə yaralanıb.

Şirkətin rəhbəri Tim Cook bildirib ki, FTB-nin bu tələbinə qarşı çıxacaq. O qeyd edib ki, "Apple"ın mühəndisləri onsuz da bu terror aktının təhqiqatı üçün vacib olan bütün məlumatları hökumətə ötürüblər. Cook əlavə edib ki, korporasiya xüsusi xidmət orqanlarına iPhone-ları qırmağa imkan verən proqram təminatını ötürmək fikrində deyil.

Keçən həftə ABŞ-da ən nüfuzlu hüquq müdafiə təşkilatlarından biri olan Vətəndaş Azadlıqlarını Müdafiə İttifaqı (ACLU) "Apple"ı dəstəkləyib. Təşkilatın rəsmisi hökumətin bu addımını "presedentsiz, məntiqsiz və qanunsuz" adlandırıb. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol