“Birinci devalvasiyadan əvvəl də baş bankir belə demişdi” - EKSPERT

"Nə reytinqli təşkilatların, nə də bizimkinin proqnozlarına inanmaq olar” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.
Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, növbəti, yəni üçüncü devalvasiyanın olması gözlənilmir. Baş bankir həmçinin "Fitch" beynəlxalq reytinq agentliyinin manatın növbəti dəfə devalvasiyaya uğrayacağı barədə proqnozlarına münasibətinin mənfi olduğunu vurğulayıb.
İqtisadçı ekspert Oqtay Haqverdiyev baş bankirin devalvasiya ilə bağlı açıqlamasını ANN.Az-a şərh edib.

Oqtay Haqverdiyev: "Buna hazırda inanaq, ya inanmayaq?
Ekspertin sözlərinə görə, birinci devalvasiyadan öncə də Elman Rüstəmov demişdi ki, manatı qoruyub saxlayırıq: "Bu cür bəyanatlar o vaxt da verilmişdi. Amma sonra neftin qiyməti o qədər aşağı düşdü ki, devalvasiya baş verdi. Düşünürdülər ki, neftin qiyməti ilin ortasında qalxacaq. Ancaq neft bahalaşmadı. Buna görə də ikinci dəfə devalvasiya oldu. Əslində ikinci devalvasiya deyildi, manatı artıq buraxmışdılar ki, valyuta bazarı onu tənzimləsin və manatın əsil qiymətini müəyyən etsin. Buna baxmayaraq, Mərkəzi Bank yenə də manatı tənzimləyirdi ki, manatın məzənnəsi çox düşməsin”.
İqtisadçı əlavə edib ki, indi Elman Rüstəmov deyir ki, üçüncü devalvasiya olmayacaq: "Buna hazırda inanaq, ya inanmayaq? Necə bilə bilmək olar ki, bu proses olacaq, ya olmayacaq? Amma ümumi iqtisadi vəziyyətə baxanda, dünyada gedən proseslərə fikir verəndə, demək olar ki, neftin qiyməti 60 dollardan yuxarı qalxmasa, manat hələ də indiki vəziyyətində qalacaq. Ancaq aşağı düşməyəcək”.

Oqtay Haqverdiyev sonda beynəlxalq reytinqli agentliklərin də proqnozlarının düz çıxmadığını vurğuladı: "Nə reytinqli təşkilatların, nə də bizimkinin proqnozlarına inanmaq olar. Gündə yüz proqnoz vermək olar. Əgər tutarsa, deyəcək ki, gördünüz dedim elə də oldu. Tutmasa da bir bəhanə gətirəcək. Əgər söhbət bazar iqtisadiyyatından gedirsə, orada həmişə balans olmalıdır. Yəni bazar özü balanslaşdırmalı deyil. Ancaq bəşər tarixində indiyə kimi o balans gəlib bizə çatmayıb. Gah bu tərəfə olur, gah o tərəfə. Əgər dünya reytinqlərinin proqnozlarını nəzərə alıb danışırıqsa, yadımdadı keçən il Beynəlxalq Valyuta Fondu (BVF) deyirdi ki, Azərbaycan da 3,5 faiz artım olacaq. Nə oldu bəs niyə artım 1 faiz oldu? Dünyada bu qədər nüfuza malik olan təşkilatın belə proqnozu bəzən düz çıxmır”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır