Şahmar Mövsümov MHŞT üzrə VII Qlobal Konfransda iştirak edib

2016-cı il 24-25 fevral tarixlərində Perunun Lima şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair (MHŞT) VII Qlobal Konfrans keçirilib.
ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edib.
Konfrans çərçivəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 32 və 33-cü iclasları keçirilib. Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT Standartlarına dəyişikliklər edilmiş, iki ölkəyə (Dominikan Respublikası və Almaniya Federativ Respublikası) namizədlik statusu verilməsi qərara alınıb.
Beləcə, MHŞT-ni tətbiq edən ölkələrin sayı 51-ə yüksəlmişdir. 4 ölkə (Konqo Demokratik Respublikası, Qana, Monqolustan və Filippin) 2016 MHŞT Mükafatına layiq görülüb.
Konfrans çərçivəsində, həmçinin, Beynəlxalq İdarə Heyətinə seçilmiş yeni üzvlər və Beynəlxalq İdarə Heyətinin yeni sədri, cənab Frederik Raynfeld konfrans iştirakçılarına təqdim edilib.
"Aşağı xammal qiymətləri dövründə idarəetmənin təkmilləşdirilməsi” adlı paneldə iştirak edən Ş.Mövsümov Azərbaycanın bu sahədə təcrübəsinə dair çıxış edib.
Eyni zamanda, VII Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilmiş və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak edib. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, hesabatlar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır