Azərbaycan-Gürcüstan şirkəti televizor istehsalına başlayır

"AG-Telecom" Azərbaycan-Gürcüstan şirkəti televizor istehsal etməyə başlayır.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Mixail Qlonti bildirib.
Onun sözlərinə görə, televizorun qiyməti 180-280 dollar arasında dəyişəcək.
Məhsul 2016-cı ilin aprelindən satışa çıxarılacaq.
Direktor istehsal etdikləri televizoru Avropa bazarına da çıxarmaq istədiklərini söyləyib.
Qeyd edək ki, "AG Telecom" Azərbaycan-Gürcüstan şirkəti 2013-cü ildə Rustavidə yaradılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























