• $
  • €
  • ₽
  • ₺
  • £

BP: Ötən il işdən çıxan 257 Azərbaycan vətəndaşından 120-si ixtisara düşüb

BP: Ötən il işdən çıxan 257 Azərbaycan vətəndaşından 120-si ixtisara düşüb
01.03.2016 17:25
"BP-Azərbaycan" şirkəti ötən il ərzində 257 nəfər Azərbaycan vətəndaşı olan işçisinin ixtisar olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

Şirkətin mətbuat xidmətindən "APA-Economics"ə daxil olan açıqlamada deyilir: "257 nəfərin hamısının ixtisar edilməsi barədə xəbərləri təkzib edir və rəsmi olaraq bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil. Əslində 2015-ci ilin əvvəlində şirkətdə çalışan 2992 yerli azərbaycanlı işçinin 120 nəfəri ixtisara düşüb. Bu isə bizim 2015-ci ilin əvvəlində elan etdiyimiz 155 nəfər ixtisar planından xeyli azdır. 2015-ci ilin nəticələri ilə 2014-cü ilin nəticələri arasında müşahidə olunan 257 nəfər fərqin içərisinə təkcə ixtisar olunanlar deyil, həmçinin qısamüddətli müqavilə ilə işləyərək müqavilə müddəti başa çatmış, öz ərizələri ilə işdən çıxaraq başqa işə keçmiş, xarici ölkələrə ezam olunmuş, hərbi xidmətə çağırılmış, təhsil almaq məqsədi ilə şirkətdən getmiş insanlar da var. Bir daha bildiririk ki, 2015-ci ildə BP-də cəmi 120 nəfər Azərbaycan vətəndaşı olan işçi ixtisara düşmüşdür ki, bu da ilin əvvəlində elan olunmuş rəqəmdən azdır".

Xatırladaq ki, ötən gün "APA-Economics" xəbər verib ki, BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol