• $
  • €
  • ₽
  • ₺
  • £

"Mərkəzi Bank uçot dərəcəsini artırmaqda davam edəcək" - Samir Əliyev

"Mərkəzi Bank uçot dərəcəsini artırmaqda davam edəcək" - Samir Əliyev
04.03.2016 12:58
"Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə artırdı. Bundan sonra banklar Mərkəzi Bankdan illik 7% dərəcəsi ilə mərkəzləşdirilmiş kredit alacaq. Uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilirdisə, növbəti artım üçün ehtimalı da bir o qədər yüksək idi. Əvvəla, qeyd edək ki, bu artım son deyil. İl ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta ikirəqəmli həddə çatdırılması istisna edilmir. Səbəb aydındır" - İqtisadçı-ekspert Samir Əliyev "Facebook" profilindən mövzuya toxunaraq qeyd edib ki,  Mərkəzi Bank bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq niyyətindədir: "Ölkədə il ərzində 2 dəfə devalvasiya baş verib və manat dəyərini 2 dəfə itirib. İdxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil. Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır".

Ekspert hesab edir ki, ancaq bunun səmərəsi uzunmüddətli ola bilməz: "Pul kütləsinin qısa müddətdə 2 dəfəyədək azaldılması iqtisadiyyat üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı hökuməti qeyri-neft sektorunun inkişafı kimi hədəfə çatmasına böyük əngəl yaradır".

S.Əliyev vurğulayıb ki, pul kütləsinin məhdudlaşdırılması həm bank sektoru üçün, həm də ümumilikdə iqtisadiyyat üçün çətinliklər yaradır: "Məhz buna görə də Mərkəzi Bank gec də olsa, əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu baxımdan uçot dərəcəsinin artırılması davam etdiriləcək. Mərkəzi Bank ehtimal etmək olar ki, iqtisadi aktivliyi artırmaq və manat kreditlərinə əlçatanlığını təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir və buna görə görə də inflyasiyanı cilovlamaq üçün digər alətlərdən istifadə edir".





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol