Azərbaycan OPEK-i dəstəklədi

Azərbaycan da neft ixrac edən ölkələrin təşkilatı - OPEK-in neft hasilatını artırmamaq təklifinə qoşulub. Bu haqda ANS TV-yə dövlət neft şirkətininprezidenti Rövnəq Abdullayev açıqlama verib. SOCAR prezidentinin sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.
OPEK-ə üzv ölkələrin digər neft hasil edən dövlətlərlə növbəti görüşünün bu ayın 20-dən aprelin 1-nə qədər Moskvada keçirilməsi gözlənilir. Bu haqda Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Rusiya bu görüşə Azərbaycanı və Qazaxıstanı da dəvət edib. Novak hər iki ölkəni OPEK-in hasilatı dondurmağa dair təklifinə qoşulmağa çağırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























