Budapeşt-Bakı-Budapeşt reysi 3 mln. avro gəlir gətirəcək

Macarıstanın "WizzAir” avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirilən uçuşlardan ildə 2,5-3 mln. avro gəlir əldə etməyi planlaşdırır.
"APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə "Wizzair” şirkətinin baş direktoru Yojef Varadi bildirib. Onun sözlərinə görə, şirkət ildə 30 min sərnişin daşımağı nəzərdə tutub: "Biletlərin qiyməti və xidmətlərimizi nəzərə alsaq, il ərzində 2,5-3 mln. avro gəlir əldə etməyi proqnozlaşdırırıq.
Həftədə 2 dəfə uçuş yerinə yetirməyi nəzərdə tuturuq. Əsas istəyimiz bazarda rəqabətə davamlı fəaliyyət göstərmək və rəqabət mühitinə uyğunlaşmaqdır”. J. Varadi bildirib ki, gələcəkdə şirkət Azərbaycana uçuşların sayını artırmağı planlaşdırır: "Planımız var ki, Azərbaycanın regionlarında yerləşən havalimanlarından Avropanın müxtəlif istəqəmətlərinə uçuşlar təşkil edək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























