• $
  • €
  • ₽
  • ₺
  • £

150 metrdən az məsafədə reklam yerləşdirilməsinə məhdudiyyət

150 metrdən az məsafədə reklam yerləşdirilməsinə məhdudiyyət
07.03.2016 11:32
Nazirlər Kabineti "Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

Hüquqşünas Oktay Məhərrəmovun Oxu.Az-a bildirdiyinə görə bu məhdudiyyət reklamda yetkinlik yaşına çatmayanların müdafiəsinə istiqamətlənmişdir. Burada zərərli təsir dedikdə həm mənəvi həm də fiziki baxımdan təsir nəzərdə tutulur.

Bununla belə "zərərli təsir göstərə bilən” ifadəsinin məzmunu qanunvericilikdə dəqiq müəyyən edilmədiyindən bu istilahın məzmununa dair inzibati və məhkəmə təcrübəsi formalaşmayana qədər müəyyən çətinliklər yaranacaqdır.

Bu xüsusən mənəvi baxımdan təsiri müəyyənləşdirməkdə müşahidə edilə bilər. Lakin qeyd etmək olar ki, məsələn məktəb və uşaq bağçaları yaxınlığında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı bu qadağanın təsiri altına düşəcək.

Onu da qeyd etmək lazımdır ki, yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol