Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsal həcmi açıqlandı

2015-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan məhsulların ümumi həcmi 274,5 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir.
Hesabatda qeyd olunur ki, bu rəqəm 2007-ci illə müqayisədə 6,7, 2010-cu illə müqayisədə isə 3,1 dəfə çoxdur.
İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məhsullar 104,0 milyon manat (37,9 faiz), xüsusi təyinatlı, təcrübi-konstruktor işləri və s. 131,0 milyon (47,7 faiz), mülki təyinatlı məhsullar isə 39,5 milyon manat (14,4 faiz) təşkil edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























