• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondu "Cənub Qaz Dəhlizi"nə 737 mln. dollar ayırdı

Neft Fondu "Cənub Qaz Dəhlizi"nə 737 mln. dollar ayırdı
09.03.2016 14:59
Cənub Qaz Dəhlizi QSC-də dövlət payının maliyyələşdirilməsi üçün Fond tərəfindən 686 mln. dollar köçürülüb

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2014-2015-ci illər ərzində ümumilikdə 736,9 mln. dollar və yaxud 732,8 mln. manat həcmində vəsait yönəldilib. "Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu tərəfindən 692,8 mln. manat və yaxud 685,9 mln. dollar məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb və bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (997,016 mln. manat) 69,5% təşkil edib.

"Cənub Qaz Dəhlizi" QSC-nin məlumatına əsasən, TANAP layihəsi üzrə şirkətə məxsus 30% payın "BOTAŞ"a və 12%-in BP şirkətinə satılmasından 2015-ci ilin aprel ayında əldə edilmiş 265,6 mln. dolların layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, habelə bir sıra işlərin sonrakı illərə keçirilməsi səbəbindən büdcədə nəzərdə tutulan vəsaitin 304,2 mln. manatı sifariş edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il Sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol