• $
  • €
  • ₽
  • ₺
  • £

Kaladze: "SOCAR-la imzalanan sazişləri alqışlamaq lazımdır"

Kaladze: "SOCAR-la imzalanan sazişləri alqışlamaq lazımdır"
09.03.2016 16:35
Energetika naziri: Ən əsası odur ki, hər vətəndaş üçün əhəmiyyətli olan yekun nəticə əldə edə bildik

"Ötən həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə çox vacib sazişlər imzalanıb və bunu alqışlamaq lazımdır". "Report" xəbər verir ki, bunu Gürcüstan parlamentində çıxışında bu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qeyd edib.

"Son aylarda qaz təchizatı çox aktual mövzu olmuşdur. Gürcüstanın təbii qazla təminatı və tələbatının ödənilməsi üçün Energetika Nazirliyi bir neçə cəbhədə danışıqlar aparıb. Ötən həftə isə SOCAR-la çox vacib saziş imzalanıb. Bu danışıqlarda iştirak edən bütün əməkdaşlara təşəkkür edirəm. Bunlar sadə danışıqlar deyil, bir neçə aylıq proses olub. Ən əsası və vacibi odur ki, biz hər vətəndaş üçün əhəmiyyətli olan yekun nəticə əldə edə bildik", - deyə nazir vurğulayıb.

K.Kaladze əlavə edib ki, SOCAR-la sazişin imzalanması nəticəsində Gürcüstan Cənubi Qafqaz Boru Kəməri ilə "Şahdəniz" yatağından əlavə həcmdə qaz alacaq.
O, həmçinin Rusiyanın "Qazprom" şirkəti ilə yaxın günlərdə sazişin imzalanacağını bildirib. Nazir qeyd edib ki, əvvəlki kimi Ermənistana Rusiya qazının nəqlinə görə tranzit haqqı olaraq 10% təbii qaz alınacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol