• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Mərkəzi Bankla bağlı sərəncam imzaladı

İlham Əliyev Mərkəzi Bankla bağlı sərəncam imzaladı
09.03.2016 21:42
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
 
Oxu.Az xəbər verir ki, dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində "dövlət orqanıdır” sözləri "publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir. Bu maddədə dəyişikliklərdən əvvəl qeyd olunurdu: "Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır”. Qanunun 4.2-ci maddəsi aşağıdakı redaksiyada verilir: "4.2. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.”; Həmçinin 44.3-cü maddə aşağıdakı redaksiyada verilir: "44.3. Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.”. 49-cu maddə isə aşağıdakı redaksiyada verilir: "Maddə 49. Sonuncu instansiya kreditoru Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.”; Bundan başqa, 51-ci maddə aşağıdakı redaksiyada verilir: "Maddə 51. Beynəlxalq əməkdaşlıq Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər”; Bu qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol