• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR İsveçrəyə 400 mln. frankdan artıq sərmayə yatırıb

SOCAR İsveçrəyə 400 mln. frankdan artıq sərmayə yatırıb
10.03.2016 16:07
SOCAR hazırda İsveçrənin neft məhsullarının pərakəndə satış bazarının 7%-nə nəzarət edir

Azərbaycanla İsveçrə arasında iqtisadi və siyasi sahədə əlaqələr inkişaf edir. Lakin 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi azalıb. Bu da əsasən xam neftin ixracının azalması, habelə neftin qiymətinin düşməsi ilə bağlı olub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın VII iclası zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycanla İsveçrə arasında qeyri-neft sektorunda ticarət dövriyyəsi artıb, bu ilin yanvar ayında isə qeyd edilən seqment üzrə ticarət dövriyyəsi 38% yüksəlib: "Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir və onlar tərəfindən ölkə iqtisadiyyatına 220 mln. dollar investisiya yatırılıb. İsveçrənin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ən uğurlu fəaliyyət göstərən şirkətlərindən biri olaraq "Holcim" şirkətinin səhmdarı olduğu Qaradağ Sement Zavodunu qeyd etmək lazımdır".

İqtisadiyyat naziri İsveçrədə fəaliyyət göstərən Azərbaycan şirkətləri barədə də məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsveçrəyə 400 mln. frankdan artıq sərmayə yatırıb: "SOCAR İsveçrədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkət orada 48 YDM-ə sahib olub. SOCAR hazırda İsveçrənin neft məhsullarının pərakəndə satış bazarının 7%-nə, topdansatış bazarının 8%-nə, maye-qaz bazarının isə 25%-nə nəzarət edir". 

Bakı-Tbilisi-Qars (BTQ) layihəsi çərçivəsində inşa olunan dəmir yolunda İsveçrənin "Stadler Group" şirkətinin qatarlarının hərəkət edəcəyini vurğulayan Ş.Mustafayev bu ölkəyə məxsus şirkətlərin Azərbaycanın enerji və nəqliyyat sahəsində fəal iştirak etdikləri barədə də məlumat verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol