• $
  • €
  • ₽
  • ₺
  • £

“Hədiyyəli Balans”la 25000 AZN qazanmaq imkanı

“Hədiyyəli Balans”la 25000 AZN qazanmaq imkanı
11.03.2016 14:33
Azercell Telekom Novruz bayramı ərəfəsində abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməkdə davam edir.

 Şirkət bu dəfə SimSim abunəçiləri üçün 7 mart 2016 – 5 mart 2017-ci il tarixlər arasında "Azercell-dən Hədiyyəli Balans” kampaniyası keçirir. Kampaniya çərçivəsində SimSim abunəçiləri hər gün 1000 AZN, hər həftə 10 000 AZN və hər ay Super Priz - 25000 AZN qazanmaq imkanı əldə edirlər. Ümumilikdə, kampaniyanın uduş fondu 1 027 000 AZN təşkil edir.

Kampaniyaya qoşulmaq şərtləri çox sadədir. Sadəcə, göstərilən tarixlər ərzində, abunəçi ödəniş kartı və ya digər müxtəlif ödəmə vasitələri ilə (Simkredit və Paycell istisna olmaqla) balansını ən azı tam olaraq 1 AZN məbləğində artırıb 5353 qısa nömrəsinə boş SMS göndərməlidir. Qeyd edək ki, 5353 nömrəsinə göndərilən sms pulsuzdur. Balansını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə göndərilən hər SMS-lə abunəçi lotereyada iştirak üçün 20 xal qazanır. Bu müddət ərzində yeni Azercell nömrəsini aktiv edən abunəçi stimullaşdırıcı tirajlı lotereyada iştirak etmək üçün əlavə olaraq 5353 qısa nömrəsinə 5 pulsuz SMS göndərmək imkanı da əldə edir.

Lotereya iştirakçısı "STOP” yazaraq göndərməklə lotereyada iştirakını dayandıra da bilər. Abunəçi 5354 qısa nömrəsinə XAL sözünü yazıb pulsuz SMS göndərdikdə, topladığı xallar barədə məlumat öyrənə bilər. Onu da qeyd edək ki, hər bir iştirakçı www.hediyyelibalans.az web saytına daxil olmaqla lotereyanın şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər.Kampaniya çərçivəsində iştirakçılara hər hansı mağazalar şəbəkəsindən endirim və güzəştlər də təklif olunacaq.

Beləliklə "Azercell-dən Hədiyyəli Balans” kampaniyasına qoşul və Novruz bayramı ərəfəsində 25000 AZN qazanmaq şansı əldə et.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol