Peşə məktəblərində təlimlər yekunlaşdı

Azercell Telekom MMC-nin British Council ilə birgə həyata keçirdikləri
peşə təhsili sahəsində "İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində müəllimlər üçün nəzərdə
tutulan təlimlər sona çatıb. Ötən ilin dekabrından başlayan layihə çərçivəsində
keçirilən təlimlərdə Bakıda yerləşən ilk-peşə ixtisas təhsili müəssisələrində
IKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Həmin
təlimlərdən seçilən 16 müəllim isə Böyük Britaniyadan dəvət olunan ekspert Kemal Ahson tərəfindən keçirilən təlimlərə qatılıblar. Təlim
zamanı müəllimlər peşə təhsili üzrə yeni və effektiv tədris metodları, şagirdlərin
məşğulluq qabiliyyətlərinin artırılması üçün düzgün şəkildə yönləndirilməsi, işəgötürənlərin
peşə təhsilinin tədrisində rolunun vacibliyi, əldə edilən bilik və bacarıqların
mübadiləsinə dair biliklər əldə ediblər.
Layihə çərçivəsində
şagirdlər üçün təlimlər də nəzərdə tutulub. Təlimlərin əsas məqsədi şagirdlərin
məşğulluq imkanlarının artırılmasıdır. Təlimlərə Bakıda yerləşən ilk-peşə təhsili
müəssisələrində İKT və Telekommunikasiya istiqaməti üzrə təhsil alan 120 şagird
cəlb edilib. Təlimlər zamanı şagirdlər iqtisadiyyat və biznes üzrə baza biliklər
əldə edərək, karyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yolları,
ünsiyyət, əməkdaşlıq, problemlərin həlli və s. kimi iş həyatında lazım olan şəxsi və peşəkar bacarıqlara yiyələniblər.
Təlimləri uğurla başa vuran şagirdlər Azercell Telekom MMC-nin dəstəyilə
istehsalat təcrübəsi keçmək imkanı əldə edəcəklər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























