• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının kommersiya obyektləri bazarında aktivlik azalıb

Bakının kommersiya obyektləri bazarında aktivlik azalıb
14.03.2016 11:37
Bakı şəhərinin kommersiya obyektləri bazarında aktivlik səviyyəsi aşağı düşüb. 

Fevral ayı əvvəlki ayla müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb.

"Report"un "MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata istinadən verdiyi xəbərə görə, ümumilikdə, fevral ayı ərzində qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib. Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar.

Fevralda kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında əvvəlki aya nisbətən bir qədər də azalma olub.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 45,5%-lə "boş yer” təyinatlı sahələr malikdir (təyinatı dəqiq olmayan - ofis, mağaza və ya xidmət təyinatı üçün istifadə oluna bilər). Xidmət və mağaza təyinatlı yerlər bazarda müvafiq olaraq 38,2% və 10,9% paya sahib olub. Satışda olan ofis və zirzəmi təyinatlı yerlərin birgə sayı isə ümumi payın 5,4%-nə malikdir.

Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, fevralda 2,61% azalma qeydə alınıb. Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2 877 dollar olduğu halda, bu rəqəm fevralda 2 802 dollara düşüb. Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması "mağaza” təyinatlı obyektlərdə müşahidə edilib. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 3 235 dollar olduğu halda, fevralda təklif qiyməti 3,3% azalaraq 3 130 dollar bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə "xidmət” təyinatlı obyektlərdə qeydə alınıb. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2 244 dollar, fevralda isə 1,3% artaraq 2 273 dollar olub.
Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması, ekspozisiya müddətinin dəyişməz olaraq qalmasına səbəb olub. Yanvar ayında olduğu kimi, fevralda da ekspozisiya müddəti 335 gün təşkil edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol