• $
  • €
  • ₽
  • ₺
  • £

​Mərkəzi Bank lisenziyası ləğv edilmiş daha bir bankı məhkəməyə verib

​Mərkəzi Bank lisenziyası ləğv edilmiş daha bir bankı məhkəməyə verib
14.03.2016 11:57
Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş "Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

"Report”un məlumatına görə, AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan "Bank of Azerbaijan” ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol