Azərbaycan bəzi idxal rüsumlarını artırmaq niyyətindədir

Dövlət Gömrük Komitəsinin sədri bu təklifin hökumətə təqdim edildiyini bildirib
"Bəzi gömrük rüsumlarının artırılması, bəzilərinin isə azaldılması mümkündür". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, Komitə bu məsələ ilə bağlı artıq hökumətə təkliflər göndərib: "Biz yerli istehsalı qorumaq niyyətindəyik. Buna görə də Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılması, istehsal edilməyən məhsullara görə isə rüsumların azaldılmasını təklif etmişik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























