• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bankı korporativ üslubunu dəyişir

Beynəlxalq Bankı korporativ üslubunu dəyişir
14.03.2016 12:46
Azərbaycan Beynəlxalq Bankı yeni inkişaf strategiyası çərçivəsində korporativ üslubunu da dəyişir. 

İlk dəyişiklik loqotiplə bağlıdır. Azərbaycan Beynəlxalq Bankını indi şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduz simvolizə edəcək. Loqotipdə milli ornamentlərdən istifadə mədəniyyətimizə verilən yüksək dəyər olmaqla yanaşı, Bankın əsas fəaliyyət qayəsinin vizual ifadəsinə də kömək göstərir. Şəbəkəvarı ulduz təsviri öz dinamikliyi ilə əbədi hərəkəti, vəhdəti vurğulayır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının daimi inkişafa can atmasını rəmzləşdirir.

Bankın korporativ rənginin əvvəlkindən bir qədər fərqli çalarda – açıq göy rəngdə müəyyənləşdirilməsinin də simvolik mənası var. Bu rəng qarşılıqlı inamı, ciddiliyi, bankın dayanıqlığını ifadə edir. Göy rəngin açıq çaları həm də, parlaqlıq, aydınlıq ovqatı yaradır. Göy rənglə harmoniya təşkil edən ağ rəng isə məmnuniyyətə, açıqlığa işarədir.

Bankın korporativ üslubunda baş verən daha bir yenilik də sloqan seçimidir: "Uğuruna imza at!” Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı müştərilər üçün əsas uğur faktoruna çevirməyə çalışan Bank bundan sonra onlara belə bir sloqanla üz tutacaq.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən böyük bankıdır. Bankın 24 ildən çox olan fəaliyyət tarixi Azərbaycanın müstəqillik tarixinin bir parçasıdır. Bu gün Bank yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca hədəfləri ölkəmizin sosial-iqtisadi həyatında yaxından iştirak edərək Azərbaycanın inkişafına davamlı töhfələr vermək, Bankın bazar mövqelərini qorumaq, əsas dəyər kimi müştəri inamına sadiqlikdir.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol