• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 4G (LTE) şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

“Nar” 4G (LTE) şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir
14.03.2016 13:33
2015-ci ilin son rübündə mobil operatorların şəbəkə keyfiyyətinin müstəqil monitorinqinin nəticələrinə əsasən, "Nar” 4G şəbəkəsi ölkədə ən yüksək göstəriciləri nümayiş etdirmişdir. 

Müasir avadanlıqlar vasitəsilə keçirilmiş testlərə əsasən, "Nar” 4G (LTE) şəbəkəsi Abşeron yarımadası və Bakı şəhərində digər mobil operatorların şəbəkələrindən daha yüksək nəticələr göstərmişdir.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş "Nar” hazırda 2941 2G (GPRS/EDGE), 2086 ədəd 3G (HSPA) və 609 4G (LTE) stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksəkkeyfiyyətli mobil rabitə və internet xidməti göstərir. Hazırda ölkədə heç bir mobil operatorun şəbəkəsi bundan yüksək göstəricilərə malik deyildir.

Gücləndirilmiş və genişləndirilmiş 4G şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda "Nar” 4G (LTE) şəbəkəsindən istifadə etmiş abunəçilərin ümumi son 3 ay ərzində 65% artaraq, 25000 abunəçiyə çatmışdır.

"Nar” öz abunəçiləri üçün mükəmməl şəbəkə və yüksəkkeyfiyyətli xidmət təmin etmək məqsədilə optimallaşdırma işlərini durmadan davam etdirir. "Nar” abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən sərfəli qiymətlərlə və ələvə hər hansı bir ödəniş etmədən yararlana bilirlər.

Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılmış və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılmışdır.

"Nar” operatorunun şəbəkəsi haqqında əlavə məlumatı nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol