• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayır

Deputatlar kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayır
15.03.2016 20:18
 "Ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki, bunu üçün bütün imkanlar var idi".

"APA-Economics" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.

"Manatın 48%-lik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcmi manat ekvivalentində artmasına səbəb olub. Həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı. 21 fevral devalvasiyasından öncə dollarda kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin", - deyə millət vəkili bildirib.

Millət vəkili Əli Məsimli isə qeyd edib ki, kreditlərlə bağlı ağırlıq əhalinin üzərinə düşüb: "Ağırlığın bir faktorun üzərinə düşməsi düzgün deyil. Bu, sistem xarakterli bir məsələdir. Biz kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayırıq və bu təkliflər müvafiq qurumlara göndəriləcək".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol