• $
  • €
  • ₽
  • ₺
  • £

"Ziraat Yatırım" şirkəti "Petkim"in dəyərini 10% artırıb

"Ziraat Yatırım" şirkəti "Petkim"in dəyərini 10% artırıb
15.03.2016 14:13
"Ziraat Yatırım" investisiya şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan "Petkim (PetroKimya) Holding A.Ş." ilə bağlı hesabat yayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Ziraat Yatırım" neft-kimya şirkətinin səhmlərinin bazar dəyərini 3,49 Türkiyə lirəsindən (TRY) 3,85-ə, "Petkim"in təxmini dəyərini isə bazardakı dəyişikliklərlə əlaqədar olaraq 5 237 mln. lirədən 10,2% artıraraq 5 770 mln. lirəyə yüksəldib.

Eyni zamanda qeyd olunub ki, "Petkim"in ötən ilin sonuncu rübündə 122,6 mln. TRY həcmindəki xalis mənfəəti "Ziraat Yatırım"ın (191 mln. TRY), həm də bazar gözləntilərindən (135 mln. TRY) aşağı olsa da, 2014-cü ilin eyni rübünə (4 mln. TRY) nisbətən xeyli artıb.

Hesabatda qeyd olunub ki, "Petkim"in satış gəlirləri ötən ilin IV rübündə 2014-cü ilin son rübünə nisbətən 40% artaraq 1 157 mln. lirə təşkil edib: "Satış həcminin ton hesabı ilə 58,4% artmasına baxmayaraq, neft-kimya məhsullarının qiymətindəki eniş gəlir artımının daha az olmasına təsir edib".

Bundan əlavə, satış xərclərindəki daha aşağı artımla əlaqədar olaraq şirkət 2014-cü ilin IV rübündəki 23 mln. lirəlik zərərlə üzləşsə də, ötən ilin son rübündə 155 mln. lirə həcmində vergi öncəsi gəlir əldə edib.

Qeyd olunub ki, 2016-cı ilin ilk iki ayında etilen nafta fərqinin güclənməsi və neftin qiymətindəki eniş "Petkim"in 2016-cı il gəlirliliyinin də güclü olacağına işarət edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol