"Bank BTB" yeni şöbəsini açdı

Manatın ikinci devalvasiyasından sonra banklar çətin vəziyyətlə üzləşib. Kreditlərin ödənişində problemlər yaranır, bəzi banklar bağlanır, bəziləri filiallarının fəaliyyətinə son qoyur.
Amma "Bank BTB” ASC bu çətin vəziyyətdə fərqli yol seçib. Müştərilərinə daha yaxşı və rahat xidmət göstərməyti qarşısına məqsəd qoyan bank rəhbərliyi yeni filiallar açır.
Belə filiallardan biri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 38, mənzil 10 ünvanında fəaliyyətə başlayıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Yeni xidmət nöqtəsi Bankın müştəriləri müxtəlif çeşidli bank məhsulları, şərtlərlə depozit yerləşdirmək imkanı, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər. Həmçinin, müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala bilərlər.//Qaynar.info
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























