• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın brilyant bazarında qiymətlər sabit qalıb

Azərbaycanın brilyant bazarında qiymətlər sabit qalıb
16.03.2016 23:40
Dünya bazarında brilyanta olan tələbatın azalması ilə qiymətlər 25% düşüb.
 
"Report"un "Qlobal Brilyant Sənayesi-2015" hesabatına istinadən verdiyi xəbərə görə, 2014-cü il və 2015-ci ilin ilk yarısında 4-8% artım göstərən brilyant satışı xüsusilə ABŞ-da müsbət dinamika nümayiş etdirib.

"Bain&Company" beynəlxalq konsaltinq şirkəti və "Anwerp" Dünya Brilyant Mərkəzi tərəfindən hazırlanan hesabatda Çin brilyant bazarının yavaşladığı və bunun da qiymətlərə mənfi təsir göstərdiyi qeyd olunub. Bu müddət ərzində xam brilyant (almaz) hasilatı 4% azalaraq 125 mln. karatdan az olub. Əsas azalma Avstraliya və Afrikada qeydə alınıb. Hesabatda bildirilib ki, 2014-2015-ci illərdə istehlakçıların dayanıqlı tələbatının formalaşmasında uzun müddət davam edən problemləri bir daha üzə çıxarıb. "Bain&Company" şirkətinin "Lüks mallar sektoru" hesabatında Avropa, ABŞ və Yaponiya başda olmaqla bütün dünyada istehlakçıların lüks mal tələbi davranışlarının dəyişdiyi bildirilib. Gənc nəslin isə brilyant istehlakına olan münasibəti isə bilinmir. İstehlakçının son zamanlar etimadını azaldan neqativ amil isə brilyant bazarına sintetik malların daxil olması ilə bağlıdır. "Bain&Company"yə görə, xam brilyant tələbatının yaxın 15 il ərzində orta hesabla ildə 3-4% artacağı proqnozlaşdırılır.

Azərbaycan bazarında brilyantın qiymətinə gəldikdə isə Mərkəzi Univermaqdakı mənbələrdən "Report"a bildirilib ki, manat ekvivalentində brilyantın qiyməti dəyişməyib. Zinət əşyaları əsasən qızılın qiymətinin həm qlobal bazarda yüksəlməsi, həm də daxili bazarda dolların məzənnəsinin yüksəlməsi nəticəsində kəskin artıb. Bu da, alıcılıq qabiliyyətini aşağı salıb. Mənbənin məlumatına görə, Azərbaycan bazarında ən çox tələb olunan brilyant "I color" və "H color" növləridir ki, hazırda bu növlərdə 1 karatlıq brilyant daş 6 000 manata, 5 ədəd 0,2 karatlıq brilyant daşlar isə toplam 1 200 manata satılır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol