• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC hasilatı azaldır

OPEC hasilatı azaldır
16.03.2016 18:35
OPEC ölkələrinin neft hasilatı son bir il ərzində ilk dəfə olaraq fevral ayında 175 min. barel/gün və ya 0,5% azalıb. İraq və Nigeriyada hasilat azalırkən, Səudiyyə Ərəbistanında maksimal həddə qalıb.
 
"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə OPEC-in fevralda neft hasilatı 32,28 mln. barel/gün təşkil edib. Ümumilikdə isə qlobal neft təklifi fevralda 210 min barel/gün və ya 0,2% azalaraq 92,73 mln. barel/gün təşkil edib. Əsas azalma İraqın şimal regionlarından nəqletmədə yaranan problemlərdən qaynaqlanıb və 263 min barel/günə bərabər olub. Nigeriya və BƏƏ müvafiq olaraq gündəlik satışı 94 min və 49 min barel azaldıb. Azalmanı ən çox İran kompensasiya edib. Belə ki, fevralda İranın neft satışı 187,8 min barel/gün artıb.

Rusiya Energetika Nazirliyinin açıqlamalarına görə, 2016-cı ildə OPEC üzvü olmayan ölkələrdə hasilat 700 min barel/gün azalacaq. Rusiya üçün isə 2016-cı ilin yekununa hasilatın cəmisi 20 min barel/gün azalacağı proqnozlaşdırılır. Qeyd edək ki, fevral ayında Rusiya neft hasilatını yanvarla müqayisədə 10 min barel/gün artıraraq 11,08 mln. barel/günə yüksəldib.

Qeyd edək ki, əsas neft hasilatçılarının hasilatı dondurmaq üçün keçirəcəkləri görüşün aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacağı müəyyənləşib. İran tərəfinin bu görüşdə iştirakı gözlənilmir. "Report"un analitik qrupu bu görüşdə əsaslı qərarın qəbul olunacağını düşünmür. Neft hasilatının yanvar ayı səviyyəsində dondurulması neft hasilatının hazırkı izafi həcminə təsir göstərməyəcək və təklif tələbi üstələməyə davam edəcək. Lakin bu tarixə qədər spekulyativ olaraq neftin qiymətinin 50 dollar/barelə qədər artması mümkündür.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol