• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz bayramı günlərində ictimai nəqliyyatın iş qrafiki

Novruz bayramı günlərində ictimai nəqliyyatın iş qrafiki
17.03.2016 12:45
Paytaxtda marşrut xətləri və metro sərnişinlərə hər zamankı kimi xidmət göstərəcək

 Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyişiklik gözlənilmir.

Nazirlər Kabineti yanında Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov "Report"a bildirib ki, sərnişinlərə xidmət göstərən ictimai nəqliyyat vasitələri gündəlik olaraq qrafik üzrə 16-18 saat çalışırlar: "Gündəlik olaraq saat 21.00, 22.00 və 23.00-dək işləyən az sayda marşrutlar da var, lakin ümumilikdə iş rejimləri eynidir. Avtobuslar hər zaman qrafik üzrə xəttdə saat 06.00-dan axşam 12.00-dək hərəkət edirlər. Bu, bayram günlərində də davam edəcək".

R. Mirqulamov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərin müxtəlif yerlərində yollar bağlı olarsa və bu, marşurt xətlərinin işinə təsir edərsə, bu barədə NİİM-in "facebook" səhifəsində də məlumat yerləşdiriləcək.

Bakı Metropoliteni də Novruz bayramında saat 24.00-dək işləyəcək. Həmçinin bayram günlərində qatarların sayı da azaldıla bilər. Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər: "Çünki bayram tətili ilə əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur. Bundan başqa, qatarlar arasında interval da uzadıla bilər". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol