Mərkəzi Bankın valyuta ehtiyatı sıfırlana bilər - AÇIQLAMA

"Mərkəzi Bankın valyuta ehtiyatı sıfırlana bilər” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Neftin qiymətinin ucuzlaşmasından sonra Mərkəzi Bank demək olar ki, rezerv ehtiyatının yarısından çoxunu itirib. Hazırda Mərkəzi Bankın rezerv ehtiyatı 4 milyard dollardır.
Hazırki durumu nəzərə alsaq, yəni dollar bahalaşarsa, Mərkəzi Bankın ehtiyatı sıfırlana bilərmi? Bu qurumun valyuta bazarına az çıxmasının səbəbi nədir? Neft Fondunun valyuta bazarına çıxması Mərkəzi Banka nə qazandırır, eyni zamanda nəyi itirir?
Mart ayında devalvasiya ilə bağlı yayılan proqnozlara münasibət bildirən Vüqar Bayamov məzənnə ilə əlaqədar proqnoz verməyin mümkün olmadığını bildirib: "Çünki hazırda Azərbaycan üzən məzənnə rejimi tətbiq edilmir. Əgər Mərkəzi Bankla kommersiya banklarının tətbiq etdiyi məzənnə arasında 4 faizlik fərq varsa, bu o deməkdir ki, hələ də valyuta rejimi tənzimlənir. Bu valyuta rejimində proqnozu yalnız Mərkəzi Bank verə bilər. Mərkəzi Bank özü inzibati yolla manatın məzənnəsini müəyyən edir. Ancaq bunu bazar özü müəyyən etsəydi, məzənnə barədə proqnoz vermək mümkün olardı. Təəssüf ki, üzən məzənnə rejimi elan edilməsinə baxmayaraq, Mərkəzi Bank yenə də bazarda əsas oyunçudur və manatın məzənnəsinin necə dəyişməsi onun qərarından asılıdır. Mərkəzi Bank bazardan çəkilərsə, ya bazara çıxmazsa, o zaman məzənnənin dəyişməsi mümkündür. Ancaq Mərkəzi Bank bazarda qalıb, mövcud məzənnəyə təsir imkanlarını qoruyub saxlaya da bilər.

Mərkəzi Bank mövcud xərcləmələri davam etdirəcəksə, ilin sonuna yaxın valyuta ehtiyatı sıfırlana bilər...
Ekspert Mərkəzi Bankın rezerv ehtiyatının psixoloji hədədən çox aşağı olduğunu deyib: "Hazırda Mərkəzi Bankın rezerv ehtiyatı azdır və ona görə də valyuta bazarına az çıxır. Əsasən Dövlət Neft Fondu bazardadır. Amma Mərkəzi Bank da çalışır ki, Neft Fondunun bazara çıxması hesabına, rezervlərini qoruyub saxlasın. Sözsüz ki, Mərkəzi Bank bütün hallarda xərcləmələr həyata keçirməlidir. Çünki Neft Fondunun vəsaiti büdcəyə transfer üçün dollar satışıdır. Yəni Fond buna görə bazara dollar çıxarır. Hazırki durumu nəzərə alaraq Mərkəzi Bankın rezerv ehtiyatı (4 milyard dollar) psixoloji həddən çox aşağıdır. Bu da Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır. İndi dollara olan aylıq tələb 500 min və ən yüksək halda 700 mindir. Mərkəzi Bank dollara olan tələbatı azaltmağa çalışır ki, rezerv ehtiyatını qoruyub saxlaya bilsin. Təbii ki, 4 milyard dollar uzunmüddətli dövr üçün Mərkəzi Banka manevr imkanları vermir. Bu da o deməkdir ki, Mərkəzi Bank mövcud xərcləmələri davam etdirəcəksə, o zaman ilin sonuna doğru onun valyuta ehtiyatı sıfırlana bilər”.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























