• $
  • €
  • ₽
  • ₺
  • £

FES-in qərarı maliyyə bazarlarında mülayim müsbət tendensiya yaradıb

FES-in qərarı maliyyə bazarlarında mülayim müsbət tendensiya yaradıb
17.03.2016 21:46

İlin ikinci yarısından etibarən yenidən mənfi əhval-ruhiyyənin qayıdacağı proqnozlaşdırılır

Federal Ehtiyat Sistemi (FES) dünən, martın 16-da keçirdiyi son iclasında uçot dərəcəsini 0,25-0,50% səviyyəsində sabit saxlamaqla bu il üçün planlaşdırılan faizlərin artım sayını 4 dəfədən 2 dəfəyə kimi azaldıb. "Report"un məlumatına görə, FES iclasının nəticələrinə görə, dekabr iclasında 2016-cı ildə faizlərin 4 dəfə artımı planlaşdırılsa da, bunun sayı artıq 2-yə salınıb.

FES 2016-cı il üzrə orta uçot dərəcəsi proqnozunu 1,4%-dən 0,9%-ə, 2017-ci il üçün - 2,4%-dən 1,9%-ə, 2018-ci il üçün isə 3,3%-dən 3%-ə endirib.

Qurumun başçısı Canet Yellen açıqlamasında qeyd edib ki, faiz dərəcələrini artırmaq imkanının olması hələ bunu həyata keçirmək mənası daşımır: "Daha bir müddət faz həddi uzunmüddətli orta səviyyədən aşağı qalacaq. İnflyasiya gözləntilərini isə reallıq kimi qəbul etmək üçün hələ tezdir. Baza inflyasiya göstəricisinin dayanıqlı artımına əmin olmalıyıq".

C.Yellenin sözlərinə görə, FES 2-3 il ərzində inflyasiyanın hədəf olaraq 2%-ə çatacağını proqnozlaşdırıb. O, qlobal maliyyə bazarlarının və dünya iqtisadi aktivliyinin risk təşkil etdiyini vurğulayaraq, ehtiyatlı davranacaqlarını bir daha xatırladıb. Qlobal iqtisadi arıtmın gözləniləndən yavaş olması uçot dərəcəsini artırılmamasının əsas səbəblərindən biridir. ABŞ əmək bazarının tam yaxşılaşması üçün hələ bir qədər müşahidə aparılmalıdır. FES bundan sonra da qərarlarını iqtisadi göstəricilərə əsaslanaraq verəcək. Uçot dərəcəsinin artım sayının azaldılması kreditləşmənin sərtləşdirilməsi nəzərə alınaraq verilib.

"Report"un analitik qrupu hesab edir ki, FES-in qərarı və açıqlamaları qlobal iqtisadi vəziyyətin sabit inkişafı və ABŞ iqtisadiyyatından gələn məlumatların müsbət olması halında aprel ayında uçot dərəcəsinin artırılması ilə nəticələnə bilər.

Aprelin 26-27-də keçiriləcək növbəti iclasa qədər qlobal maliyyə bazarlarının bir qədər müsbət inkişafı proqnozlaşdırılır. Bu tarixə qədər fond birjalarının 5%-ə yaxın artması, neft qiymətlərinin 50 dollar/barelə qədər yüksəlməsi, qızılın 1 150 dollar/unsiyaya qədər ucuzlaşması ehtimal edilir. Digər bir variantda isə FES-in uçot dərəcəsini iyunun 14-15-də keçiriləcək iclasda artırılması ehtimal edilir. Hər iki halda bu tarixlərə qədər qlobal maliyyə bazarlarının kəskin neqativ dəyişiklik göstərməyəcəyi ehtimal olunur. 

"Məhz yay aylarında yenidən qlobal maliyyə bazarlarının azalmaya keçəcəyi, qızılın bahalaşacağı gözlənilir. Bu proses oktyabr-noyabr aylarına qədər davam edəcək. Lakin ilin sonuna doğru maliyyə bazarlarının sabitləşməsi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol