Prezident yol tikintisinə 2,5 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, 86 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədi ilə "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























