Bakı metrosundan nə qədər sərnişin istifadə edir?

Metro istifadəçilərinin sayı bir ildə 6%-ə yaxın azalıb.
Bu ilin yanvar-fevral ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34 milyon nəfər olub.
Bu göstərici ötən il ilə müqayisədə 5,9% azdır. Ümumilikdə, bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























